Sizin reklam burada
Sizin reklam burada

Maliyyə Nazirliyi bu il 53 milyon manat artıq və əsassız ödəniş aşkar edib

Maliyyə Nazirliyi bu il 53 milyon manat artıq və əsassız ödəniş aşkar edib
Bu ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (DMNX) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 72 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 52 602,4 min manat artıq və əsassız ödənişlər aşkar ediblər.

Nazirlikdən verilən məlumata görə, hesabat dövründə DMNX-nın fəaliyyətinin əsas hissəsi Baş Prokurorluqdan və hüquq-mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə Maliyyə Nazirliyinə daxil olmuş xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olub.

Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2015-ci ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə, 57 təşkilatda yoxlamalar aparılıb. Həmin təşkilatlarda qeyd edilən dövr ərzində 1 205,3 milyon manat məbləğində vəsaitin istifadəsi və gömrük ödənişləri şəklində dövlət büdcəsinə daxil olmuş 18 663,6 milyon manat məbləğində vəsaitlərin hesablanmasının düzgünlüyü yoxlanılıb. Yoxlamalar ilə həmin təşkilatlarda 48 300,4 min manat məbləğində artıq və əsassız ödənişlər, 131 902,9 min manat məbləğində gömrük ödənişlərinin az hesablandığı və nəticədə bu məbləğdə vəsaitin (131 902,9 min manat) dövlət büdcəsinə az ödənildiyi aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələrinə dair tərtib edilmiş aktlar əlavələri ilə birlikdə aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilib

Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən 15 təşkilatda 2019-cu ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə, 1 123,4,0 milyon manat məbləğində vəsaitin istifadəsi yoxlanılıb. Həmin təşkilatların 14-də 675 milyon manat məbləğində vəsaitin istifadəsinin yoxlanılması ilə bu təşkilatlarda 1 150,1 min manat artıq və əsassız ödənişlərə yol verildiyi aşkar edilib. Artıq və əsassız ödənişlərin nəzarət tədbirlərinin gedişində dövlət büdcəsinə tam olaraq bərpası təmin edilib. İş planına əsasən bir təşkilatda isə aparılan nəzarət tədbiri ilə 448,4 milyon manat məbləğində vəsaitin istifadəsi əhatə olunub, bu təşkilatda aşkar edilmiş 3 151,9 min manat məbləğində artıq və əsassız ödənişlərə hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib

Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən aparılmış nəzarət tədbirləri ilə (Baş Prokurorluğa göndərilən bir nəzarət tədbiri istisna olmaqla) aşkar edilən nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 22 nəfər vəzifəli şəxsə 20,4 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

DMNX tərəfindən hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ