15 sentyabr – “Bilik Günü” münasibətilə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədbirlər keçirilib.
Tədbirlərdə regional idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, müəllimlər, şəhid ailələri, valideynlər və şagirdlər iştirak ediblər.
Qeyd edək ki, yeni tədris ilində ilk dərslər “Şəhərsalma və Memarlıq ili” mövzusuna həsr olunub.
???? Yeni tədris ilinin bütün şagird və müəllimlərimiz üçün uğurlu və yaddaqalan olmasını arzulayırıq.
