Sizin reklam burada
Sizin reklam burada

27 Sentyabr – Anım Günü qeyd olunub

27 Sentyabr – Anım Günü qeyd olunub
27 Sentyabr – Anım Günü qeyd olunub
27 Sentyabr – Anım Günü qeyd olunub
27 Sentyabr – Anım Günü qeyd olunub
27 Sentyabr – Anım Günü qeyd olunub

27 Sentyabr – Anım Günü ilə əlaqədar Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədbirlər təşkil olunub.
Anım Günü çərçivəsində məktəblərdə şəhidlərin xatirəsinə həsr olunmuş xüsusi dərslər, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar və görüşlər keçirilib. Tədbirlərə şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları dəvət olunub.
Tədbirlər zamanı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını fəda edən Vətən övladlarının keçdiyi şərəfli yol barədə şagirdlərə ətraflı məlumat verilib. Şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Görüşlərdə Vətən sevgisinin, milli yaddaşın və qəhrəmanlıq nümunələrinin gənc nəslə aşılanmasının əhəmiyyəti diqqətə çatdırılıb. Şagirdlərin hazırladıqları təqdimatlar, şeirlər və kompozisiyalar şəhidlərə olan dərin ehtiramın ifadəsinə çevrilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ