Sizin reklam burada
Sizin reklam burada

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

???? Dağlıq Şirvan Regional Təhsil İdarəsində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
???? Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, idarənin əməkdaşları, rayon təhsil sektorlarının müdirləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon komitələrinin sədrləri, təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.
????️ Tədbiri giriş sözü ilə açan Ramin Abasov regionun bütün müəllimlərini əlamətdar gün münasibətilə təbrik edib, onların təhsil sahəsindəki fədakar əməyini yüksək qiymətləndirib və pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
???? Daha sonra gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyət göstərən bir qrup təhsil işçisi “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı, Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Fəxri Fərmanı ilə təltif olunub.
???? Tədbirin bədii hissəsində şagirdlərin ifasında müəllim əməyinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim edilib. ????✨
Bütün müəllimlərimizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ