Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində IV, VI, IX və XI sinif şagirdlərinin iştirakı ilə məktəbdaxili diaqnostik qiymətləndirmələr keçirilib.
Qiymətləndirmələrin keçirilməsində əsas məqsəd şagirdlərin təlim nəticələrinin müəyyənləşdirilməsi, bilik və bacarıqlarının mövcud səviyyəsinin öyrənilməsi, tədris prosesində yaranan çətinliklərin aşkarlanması və onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin müəyyən edilməsidir.
Diaqnostik qiymətləndirmənin nəticələri əsasında şagirdlərin ayrı-ayrı fənlər üzrə bilik və bacarıqları müəyyənləşdiriləcək, tədris prosesinin təkmilləşdirilməsi və şagird nailiyyətlərinin artırılması istiqamətində məqsədyönlü iş aparılacaq.
Qiymətləndirmə nəticələrinə uyğun olaraq əlavə dəstəyə ehtiyacı olan şagirdlərin müəyyənləşdirilməsi və onların əlavə məşğələlərə cəlb edilməsi nəzərdə tutulur.
