Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Kərimov tərəfindən Samux rayonunda vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunma və digər təhsil sahəsinə dair məsələlərlə bağlı müraciətlərini bildiriblər.
Rövşən Kərimov qəbula yazılmış şəxslərin müraciətlərini dinləyib və müraciətlərin qanunvericiliyə uyğun şəkildə həll olunması üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Kərimov tərəfindən vətəndaş qəbulu hər həftənin bazar ertəsi günü saat 15:00-dan etibarən idarənin inzibati binasında təşkil olunur. Qəbulda iştirak etmək istəyən şəxslər əvvəlcədən 146-0-2 Çağrı Mərkəzinə zəng edə və ya info@ganja.edu.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
