Sizin reklam burada
Sizin reklam burada

İtkin düşmüş 6 nəfər tapılıb, dələduzluğa görə axtarılan 9 şəxs tutulub

İtkin düşmüş 6 nəfər tapılıb, dələduzluğa görə axtarılan 9 şəxs tutulub

Polis əməkdaşlarının avqustun 20-də keçirdiyi tədbirlər nəticəsində itkin düşmüş kimi axtarılan 6 nəfər tapılıb, dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ