Rusiya Müdafiə Nazirliyi avqustun 19-dan 20-nə keçən gecə ölkənin hava hücumundan müdafiə qüvvələrinin 726 Ukrayna PUA-sını məhv etdiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, PUA-lar avqustun 19-u saat 20:00-dan avqustun 20-si saat 08:00-dək Rusiya ərazisinin müxtəlif bölgələrində vurulub.
Pilotsuz uçuş aparatları Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Oryol, Rostov, Ryazan, Samara, Saratov, Tambov, Tula və Ulyanovsk vilayətləri, eləcə də Moskva vilayəti, Krasnodar diyarı, Krım, Tatarıstan və Azov və Qara dənizlərinin akvatoriyası üzərində məhv edilib.
