Sizin reklam burada
Sizin reklam burada

İstanbul yenə silkələndi: Bir-birinin ardınca zəlzələlər

İstanbul yenə silkələndi: Bir-birinin ardınca zəlzələlər

İstanbulun Adalar rayonunda 3,2 və 2,3 maqnitudalı zəlzələlər baş verib. Mərmərə dənizində isə gecə saatlarına qədər bir sıra kiçik təkanlar qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Adalarda saat 17:43-də 3,2 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkan 7 kilometr dərinlikdə qeydə alınıb.

Bundan cəmi 30 dəqiqə sonra, saat 18:13-də Adalar rayonunda 2,3 maqnitudalı daha bir zəlzələ baş verib.

Bununla yanaşı, Mərmərə dənizində gün ərzində ardıcıl olaraq çoxsaylı kiçik maqnitudalı zəlzələlər qeydə alınıb. Onların arasında 2,6, 2,5 və 2,1 maqnitudalı təkanlar da olub.

AFAD-ın məlumatlarına əsasən, saat 03:45-də Mərmərədə 2,5 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.

Hazırda təkanların hər hansı dağıntı və ya tələfata səbəb olması barədə məlumat yoxdur.

  • Sosial şəbəkədə paylaş