Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə avqustun 18-də rayonun Bədirqala kəndində qeydə alınıb.
Fətəliyev Elçin Süleyman oğlunun idarə etdiyi “Ford Transit” markalı avtomobil asfalt yolda hərəkətdə olarkən Əliyev Yaqub Samət oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
