Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və yeni təmayül tədris modelinin tətbiq olunacağı ümumi təhsil müəssisələrində çalışmaq istəyən fənn müəllimlərinin qeydiyyat və müsahibə mərhələləri yekunlaşıb.
Layihəyə göstərilən marağın nəticəsi olaraq, ümumilikdə 411 nəfər müəllim qeydiyyatdan keçib.
???? Məktəblər üzrə qeydiyyat statistikası:
???? Kürdəmir şəhəri 7 nömrəli tam orta ümumtəhsil məktəbinin filialı (YTTM) – 131 nəfər
???? Mingəçevir şəhəri 17 nömrəli tam orta ümumtəhsil məktəbinin filialı (YTTM) – 153 nəfər
???? Yevlax şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbinin filialı (YTTM) – 127 nəfər
Namizədlərin peşəkar bilikləri, pedaqoji fəaliyyət təcrübəsi və metodiki bacarıqları müsahibə mərhələsində qiymətləndirilib.
Beləliklə, layihənin mühüm mərhələlərindən biri başa çatıb. Müsahibənin nəticələrinə əsasən yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblərdə fəaliyyət göstərəcək müəllimlər müəyyənləşdiriləcək.
???? Yeni tədris modeli, yeni imkanlar və daha keyfiyyətli təhsil üçün növbəti addımlar atılır!
