arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Bəhruz Məmmədovun 50 illik yubleyi keçirildi

Bəhruz Məmmədovun 50 illik yubleyi keçirildi

Bu gün Azərbaycanın tanınmış jurnalisti, şair və publisisti Bəhruz Məmmədovun 50 illik yubleyi və "Xəzan yarpağı" kitabının təqdimat mərasimi Fərid Şadlıq Sarayında keçirildi. Tədbiri giriş sözü ilə tanınmış bədii qiraətçi Pünhan İsmayıllı açaraq gələn qonaqları salamladı. Sonra ölkəmizin bütövlüyü uğurunda canlarını fəda edən Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və dövlət himnimiz səsləndirildi. Sonra söz Millət Vəkili Hörmətli Novruz Aslana verildi. Novruz müəllim Bəhruz Məmmədovu ürəkdən təbrik edib, ürək sözlərini dedi. Novruz Aslandan sonra Azərbaycanın Əməkdar İnvəsənət Xadimi Baba Vəziroğlu, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, "Neft Daşları" qəzetinin Baş redaktoru Xeyrulla Ağayev, AzTV-nin redaktoru Qorxmaz Şıxalıoğlu, dostu Şəhriyar Del Gerani, Mətbuat Şurasının İdarə Heyyətinin üzvi İlqar Tağıyev, " Azərbaycan" qəzətinin əməkdaşı Daşdəmir Əjdəroğlu və sair dostlar çıxış edərək Bəhruz Məmmədova xoş sözlərini ünvanladılar. Biz də bir daha Bəhruz qardaşımızı ürəkdən təbrik edirik və daha böyük uğurlar arzulayırıq.


Yusif Məhəmmədoğlu


Bəhruz Məmmədovun 50 illik yubleyi keçirildi
Bəhruz Məmmədovun 50 illik yubleyi keçirildi
Bəhruz Məmmədovun 50 illik yubleyi keçirildi
Bəhruz Məmmədovun 50 illik yubleyi keçirildi
Bəhruz Məmmədovun 50 illik yubleyi keçirildi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ