Sizin reklam burada
Sizin reklam burada

Liftdə köməksiz qalan yeniyetmə xilas edildi

Liftdə köməksiz qalan yeniyetmə xilas edildi


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti dördüncü mərtəbədə dayanıb və 2012-ci il təvəllüdlü yeniyetmə liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan yeniyetməni xilas ediblər.

  • Sosial şəbəkədə paylaş