Sizin reklam burada
Sizin reklam burada

Ronaldonun zədəsi ciddidir: Ən azı…

Ronaldonun zədəsi ciddidir: Ən azı…


“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo əzələ zədəsi alıb və ən azı iki-dörd həftə oynaya bilməyəcək.

Bu barədə məlumatı insayder Fabritsio Romano yayıb.

Ronaldo zədə səbəbindən Portuqaliya millisinin qarşıdan gələn təlim-məşq toplanışında iştirak edə bilməyəcək. Komanda təlim-məşq toplanışı zamanı Meksika və ABŞ ilə yoldaşlıq oyunları keçirməyi planlaşdırır.

41 yaşlı portuqaliyalı futbolçu tezliklə əlavə tibbi müayinələrdən keçəcək və bu müayinələr dəqiq sağalma müddətini müəyyən edəcək.

Klub daha əvvəl Ronaldonun Səudiyyə Ərəbistanı Premyer Liqasında “Əl-Faiha”ya qarşı son oyunundan sonra bud əzələsindən zədə aldığını açıqlamışdı.

  • Sosial şəbəkədə paylaş