Sizin reklam burada
Sizin reklam burada

Bakıda çoxmərtəbəli binada yanğın baş verib

Bakıda çoxmərtəbəli binada yanğın baş verib
Bakının Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

İlkin məlumata görə, yanğın yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzilin eyvanında qeydə alınıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

  • Sosial şəbəkədə paylaş