arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Mütəxəssis: “Uşaqların əzizlənərkən atılıb-tutulması təhlükəlidir”

Mütəxəssis: “Uşaqların əzizlənərkən atılıb-tutulması təhlükəlidir”



“Uşaqların əzizlənərkən atılıb-tutulması təhlükəlidir”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Erkin Rəhimov Nazirliyin “Instagram” səhifəsində canlı yayımda deyib.

O bildirib ki, bu, xüsusilə də 1 yaşdan aşağı körpələr üçün risklidir:

“Çünki körpələrin başı ani hərəkətlərə tab gətirmir və beyin silkələnməsi ola bilər. Həmçinin körpəni atıb-tutan şəxsin ani fikir yayınması da ağır fəsadlarla nəticələnə bilər.

Odur ki, körpələri atıb-tutmaq oyun kimi görünsə də, təhlükəlidir.

Eyni zamanda onlara avtomobildə də diqqət etmək lazımdır.

Eləcə də bəlli bir yaşa qədər uşaqlar üçün xüsusi oturacaqlar alınmalıdır. Onlar oturacaqlara bir neçə yerdən kəmərlərlə bərkidilməlidir ki, ani manevr zamanı silkələnməsinlər. Xüsusilə baş nahiyəsindən kiçik bir təzyiq və ya travma ağır fəsadlara yol aça bilər”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ