Sizin reklam burada
Sizin reklam burada

Nazirlikdən tikinti ilə məşğul olan iş adamlarına XƏBƏRDARLIQ

Nazirlikdən tikinti ilə məşğul olan iş adamlarına XƏBƏRDARLIQ


“Bir il ərzində Bakı şəhərində 114 layihə sırf evlərin tikilməsi ilə bağlı olub. Bu layihələrin tərkibi istismar müddəti başa çatmış binaların yenilənməsi idi”.

Bunu ETSN-nin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.

Onun sözlərinə görə, binalar Bakı şəhərinin arxitekturasına uyğun tikilir:

“Bu zaman yaşıllıqlar, mövcud təsirlər, ağacların götürülməsi qaçılmaz olur. Tikinti layihəsi, obyekt layihələndirilən zaman ekoloji tərəfi qiymətləndirilir. Elə ərazilər var ki, relyefi, mövcud vəziyyəti normalara uyğun gəlmir”.

“Bəzi sahibkarlar, iş adamları bina tikərkən yaşıllıq salınması barədə fikirləşmir. Ona görə biz tərəfdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilən layihələrdə ərazinin ən azı 25 faizində ağacların, yaşıllığın salınmasının nəzərdə tutulmasını qeyd etmişik. Belə layihələr olmazsa, layihələrin geri qaytarılacağı qeyd edilir”, - deyə sədr qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ