Sizin reklam burada
Sizin reklam burada

Onlar fərqləniblər – SƏBƏB

Onlar fərqləniblər – SƏBƏB


Milli Məclisin dördüncü və beşinci çağırışlarının (müvafiq olaraq 2010-2015, 2015-2020) ilk iclaslarını deputat Fəttah Heydərov açıb.

Bu barədə Oxu.Az Milli Məclisin stenoqramlarına istinadən xəbər verir.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbəti çağırışının birinci iclasını parlamentin ən qocaman deputatı açır.

O, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və parlamentin sədri seçilənədək birinci iclası aparır.

Milli Məclisin üçüncü çağırışının (2005-2010) ilk iclasını isə Valeh Ələsgərov açıb.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin nəticələrini təsdiqləsə, F.Heydərov yenə ən qocaman deputat kimi parlamentin ilk iclasını açacaq. Onun 82 yaşı var.

F.Heydərov 116 saylı Qəbələ Seçki Dairəsi üzrə lider namizəddir.

V.Ələsgərov isə son seçkilərdə iştirak etməyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ