arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Baş nazirdən ali məktəblərə qəbul imtahanı ilə bağlı mühüm QƏRAR

Baş nazirdən ali məktəblərə qəbul imtahanı ilə bağlı mühüm QƏRAR
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alınıb.

Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan vermələri üçün imatahan müddətinin vaxtı 1 saat 30 dəqiqəyədək artırılıb.

Qeyd edək ki, bundan əvvəl həmin imtahanın davametmə müddəti 45 dəqiqə idi.

Xatırladaq ki, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ