9 fevral 2020- ci ilə keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınan yazıçı-jurnalist Yusif Osmanlının seçicilərlə görüşləri davam edir. Görüşlər barədə saytımıza danışan Yusif Osmanlı bildirdi ki, namizəd olduğum dairənin ərazisinə daxil olan kəndləri hər gün gəzirəm. Həll olunmayan problemlər çoxdur. Bu problemlərin bir çoxu gizlədirlir. Həlli üçün heç bir əməli iş görülmür və yuxarı instansiyalar qarşısında məsələ qaldırılmır. Bu barədə Yusif Osmanlı özünün sosial şəbəkə hesabından da paylaşım ediib. Həmin paylaşımı da yazıya əlavə edirik.
Bu gün Qurbanəfəndi və İstisu kəndlərində seçicilərimizlə görüşlərimiz oldu.İnsanlarımızın bizlərdən bir istəyi var: onların yanında olmaq, istədikləri zaman problemlərini desinlər. İllərlə yığılıb qalan problemləri kim və nə zaman həll edəcək? Cənab prezident də çıxışında dedi ki, məndən problemləri gizlədirlər. Nə özləri həll eləmirlər nə də yuxarı instansiyalara problemlər haqqında məlumat vermirlər ki, həllini tapsın. Bax belə olur ki, narazılıq yaranır. Qurbanəfəndi kəndinin yol, suvarma suyu və 28 ha torpaq sahəsinin kənd sakinləri arasında bölünməsi, İstusu kəndində isə ödəmə terminalının və kəndarası yolların çox bərbad olması kimi problemləri var. İstisu sakinləri komunal xərclərini ödəmək üçün məcbur qalıb qonşu kəndə gedirlər. Biz isə öz növbəmizdə seçicilərimizi dinləyib səsləndirdikləri problemləri aidiyatı qrumlara çatdırırıq. Bir onu bilirik ki, insanlarımız Cənab Prezidentimizin apardığı islahatları dəstəkləyir, hər zaman da dövlətimizə və Prezidentimizə sadiq olduqlarını deyirlər.