Sizin reklam burada
Sizin reklam burada

"Starlink" peyk interneti ÇÖKDÜ - Maskdan İLK AÇIQLAMA

 "Starlink" peyk interneti ÇÖKDÜ - Maskdan İLK AÇIQLAMA
""SpaceX" "Starlink" peyk internetindəki genişmiqyaslı nasazlığı aradan qaldırmaq üçün hər cür səy göstərir".

Bunu Amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Biznesmenin sözlərinə görə, hadisə bütün dünyada on minlərlə istifadəçiyə təsir edib. Mask problemlə üzləşənlərin dəqiq sayını və pozuntuların coğrafiyasını açıqlamayıb.

"Xidmət qısa zamanda bərpa olunacaq. Kəsintiyə görə üzr istəyirik. Bunun bir daha baş verməməsi üçün şirkət əsas səbəbi müəyyən edəcək", - Mask yazıb.

Dünyanın bir sıra ölkələrində "Starlink" sistemində irimiqyaslı pozuntular qeydə alınıb. Hesabata görə, istifadəçilərin 60%-i qeyri-sabit internet bağlantısı ilə üzləşib, 40%-i isə tam əlaqə çatışmazlığı ilə üzləşib. Ən çox şikayət ABŞ (təxminən 63 min), Kanada (13 mindən çox) və Almaniyadan (11 mindən çox) gəlib. Böyük Britaniya, Avstraliya, Meksika, Argentina, Çili və Braziliyada da kritik fasilələr qeydə alınıb.

Hüseyn İbadlı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ