Sizin reklam burada
Sizin reklam burada

DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı

DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı

Sumqayıtda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən iki nəfər saxlanılıb.

DİN-dən verilən məlumatda bildirilir ki, şəhər ərazisində “VAZ-2103” markalı avtomobilin qaçırılması barədə daxil olan məlumat əsasında 34 yaşlı İ.Xəlilov müəyyən edilərək saxlanılıb.

Qaçırılmış avtomobil sahibinə təhvil verilib.

Bundan başqa, şəhər çimərliklərindən birində vətəndaşa məxsus mobil telefonu oğurlayan 38 yaşlı R.Ehtibarov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ