Sizin reklam burada
Sizin reklam burada

26 fevral - xalqımız üçün matəm və anım günüdür

26 fevral - xalqımız üçün matəm və anım günüdür

“Qan yaddaşı” anlayışı xalqın tarixində silinməz iz buraxan hadisələrin nəsildən-nəslə ötürülməsini ifadə edir. Xocalı soyqırımı da məhz belə hadisələrdəndir. Bu faciə Azərbaycan xalqının birliyini möhkəmləndirdi, milli həmrəyliyi artırdı və vətənpərvərlik ruhunu gücləndirdi.

Hər il 26 fevral tarixində ölkənin hər yerində anım mərasimləri keçirilir, şəhidlərin xatirəsi ehtiramla yad edilir. Məktəblərdə, ali təhsil ocaqlarında, ictimai təşkilatlarda Xocalı ilə bağlı tədbirlər təşkil olunur, gənc nəslə bu həqiqətlər çatdırılır.

Azərbaycan dövləti və diaspor təşkilatları Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görmüşdür. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində müxtəlif ölkələrdə konfranslar, sərgilər, aksiyalar keçirilmiş, sənədli filmlər və kitablar nəşr olunmuşdur. Məqsəd təkcə keçmişi xatırlatmaq deyil, gələcəkdə belə faciələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir.

Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Bu hadisə xalqın yaddaşında əbədi yaşayır və yaşayacaq. Qan yaddaşı unudulmur – o, həm dərsdir, həm xəbərdarlıqdır, həm də ədalətə inamın simvoludur.

Xocalı şəhidlərinin ruhu qarşısında baş əyir, onların xatirəsini ehtiramla yad edirik. Unutmadıq, unutmayacağıq.


Cavadova Məlahət Səfər qızı
Dilbazi QasImov adIna Qızılhacılı qəsəbə 1nömrəli
tam ümumtəhsil orta məktəbinin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ