Sizin reklam burada
Sizin reklam burada

26 Fevral – Azərbaycan tarixinin ən ağrılı və unudulmaz səhifələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümüdür

26 Fevral – Azərbaycan tarixinin ən ağrılı və unudulmaz səhifələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümüdür


1992-ci ilin fevralın 25-dən 26-na keçən o qanlı gecədə Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törədildi. Silahsız insanlar – qadınlar, uşaqlar, qocalar xüsusi amansızlıqla qətlə yetirildi, yüzlərlə insan yaralandı, minlərlə sakin öz doğma yurd-yuvasından didərgin düşdü. Bu faciə təkcə bir şəhərin deyil, bütöv bir xalqın taleyinə ağır iz saldı.
Xocalıda baş verənlər beynəlxalq humanitar hüququn, insan haqlarının və müharibə qanunlarının kobud şəkildə pozulması idi. Dinc əhalinin məqsədli şəkildə hədəfə alınması, insanların işgəncələrə məruz qalması bu hadisəni insanlığa qarşı törədilmiş ağır cinayət kimi tarixə yazdı. Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşına çevrildi.
Aradan 34 il keçsə də, Xocalının ağrısı hələ də ürəklərdə yaşayır. Hər il bu tarixdə biz yalnız bir faciəni xatırlamırıq, eyni zamanda milli birliyimizi, həmrəyliyimizi və ədalətə olan inamımızı bir daha nümayiş etdiririk. Şəhidlərimizin xatirəsini ehtiramla yad etmək, onların adını uca tutmaq hər birimizin mənəvi borcudur.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu soyqırımına hüquqi-siyasi qiymətin verilməsi istiqamətində görülən işlər davam edir. Tarix unudulmadıqca, həqiqət yaşayır. Biz Xocalını unutmadıq və heç vaxt unutmayacağıq.
Allah bütün Xocalı şəhidlərinə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Xocalını unutma! Unutdurma!


Mahmud Süleymanov,
İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının 1- ci müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ