Sizin reklam burada
Sizin reklam burada

Məktəblərdə “Təcrübə mübadiləsi” layihəsi davam edir

“Keyfiyyət üzrə fəaliyyət planı”nın müvafiq bəndlərinə uyğun olaraq tabeliyimizdə olan ümumi təhsil müəssisələrində “Təcrübə mübadiləsi” layihəsi çərçivəsində nümunəvi dərslərin təşkili davam etdirilir. Layihə çərçivəsində növbəti ustad dərs Sumqayıt şəhər Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəbdə təşkil olunub.
İbtidai sinif müəllimi Nüşabə Məmmədova rəhbəri olduğu 1 “C” sinfində Azərbaycan dili fənni üzrə açıq dərs keçmişdir. Dərs zamanı şagirdlərin fəallığı, düzgün nitq bacarıqlarının formalaşdırılması və müasir təlim üsullarının tətbiqi diqqətəlayiq olmuşdur.
Həmçinin, riyaziyyat müəllimi Həsənova Bəsti Qismət qızı 5 “C” sinfində “Bərabərsizlik” mövzusunda açıq dərs təqdim etmişdir. Dərs prosesində məntiqi təfəkkürün inkişafı, praktik tapşırıqların tətbiqi və şagirdlərin aktiv iştirakı müşahidə olunmuşdur.
Dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib, tədris prosesinin metodiki təhlili aparılıb və qarşılıqlı fikir mübadiləsi həyata keçirilib. Bu cür dərslər müəllimlər arasında peşəkar əməkdaşlığın və təcrübə paylaşımının gücləndirilməsinə, müasir tədris yanaşmalarının tətbiqinə mühüm töhfə verir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ