Bərdə rayonu üzrə bir neçə ümumi təhsil müəssisəsinin rəhbərləri, həmçinin 4 və 6-cı siniflərdə tədris aparan fənn müəllimlərinin iştirakı ilə görüş keçirilib.
Görüşün məqsədi tədrisin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin təhlili və mövcud problemlərin aradan qaldırılması istiqamətində müzakirələrin aparılması olub.
Tədbir zamanı tədrisin keyfiyyəti sektorunun müdiri Elməddin Bəşirov Böyük summativ qiymətləndirmənin nəticələrini təqdim edib. Təqdimatda məktəblər üzrə ümumi göstəricilər, fənlər üzrə nəticələr,
diqqətə çatdırılıb.
Bununla yanaşı, əldə olunan nəticələrin yaxşılaşdırılması məqsədilə metodiki yanaşmalar, dərs prosesinin təşkili, qiymətləndirmə meyarlarının düzgün tətbiqi və müəllim-şagird əməkdaşlığının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
#EduAz #MÜTDA #Müəllim
