Sizin reklam burada
Sizin reklam burada

Deputatdan aliment təklifi: “Dövlət ödəsin”

Deputatdan aliment təklifi: “Dövlət ödəsin”




“Deputatlara daxil olan müraciətlər sırasında alimentlərlə bağlı məsələlər xüsusi yer tutur”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, vətəndaşın aliment hüququnun tam şəkildə yerinə yetirilməsi vacibdir.

O, Aliment Fondunun yaradılmasını təklif edib.

“Aliment Fondu yaradılmalıdır, aliment ala bilməyənlərin pulu həmin Fond, yəni dövlət tərəfindən verilməlidir. Daha sonra isə alimenti ödəyəcək şəxsdən həmin vəsaitin geri qaytarılması təmin olunmalıdır”, - deyə Siyavuş Novruzov əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ