
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa BMT Təhlükəsizlik Şurasını “müharibəni dayandırmaq” üçün lazım olan qərarları müzakirə etmək üçün yeni təcili iclas keçirməyə çağırıb.
Bu barədə o, BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
“Təhlükəsizlik Şurasının üzvlərindən xahiş edirəm ki, təcili olaraq fövqəladə iclas çağırsınlar və müharibəni dayandırmaq üçün bütün lazımi qərarların layihələrini nəzərdən keçirsinlər. Çünki əziz həmkarlarım, artıq deeskalasiya haqqında danışmaq gecdir, çox gecdir”.
“Bu qurum müharibənin dayandırılmasına cavabdehdir. Ona görə də hamınızı müharibəni dayandırmaq üçün mümkün olan hər şeyi etməyə çağırıram”, - deyə Ukrayna nümayəndəsi bildirib.
Mənbə: RİA Novosti