arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

İlin ilk Günəş tutulması başlayıb

İlin ilk Günəş tutulması başlayıb




Bu gün ilin ilk Günəş tutulması başlayıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, tutulma hadisəsi saat 12:12:15-də başlayıb və 17:11:16-da sona çatacaq.

Qeyd olunub ki, ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq.

Rəsədxanadan bildirilib ki, bu tutulma həlqəvari Günəş tutulmasıdır.

Bu Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.

Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ