Sizin reklam burada
Sizin reklam burada

“Khany Academy ilə gələcəyin adamı ol !”

“Khany Academy ilə gələcəyin adamı ol !”
“Khany Academy ilə gələcəyin adamı ol !”
“Khany Academy ilə gələcəyin adamı ol !”
“Khany Academy ilə gələcəyin adamı ol !”
“Khany Academy ilə gələcəyin adamı ol !”

➢ Təhsildə İnkişaf və İnnovasiyala üzrə Qrant Layihələri pedaqoji işçilər üçün öz ideyalarını tətbiq etmək üçün unikal bir fürsətdir. Hər il tədris prosesində neçə-neçə innovativ ideya məhz bu müsabiqə nəticəsində öz reallığını tapır. VI Qrant Müsabiqəsində maraqlı layhələrdən biri də “Khany Academy ilə gələcəyin adamı ol !” layihəsidir. Layihə rəhbəri Cəbrayıl rayon Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbin ibtidai sinif müəllimi Elnarə Quliyevanın olduğu layihə 2-ci siniflərdə riyaziyyatın tədrisi zamanı dünyaca məşhur Khany Academy pesurslarından istifadə etməkdir. Layihənin məqsədi şagirdlərdə yeni düşüncə tərzinin formalaşdırılması, beynəlxalq aləmdə qəbul olunmuş elektron resursların tətbiqi ilə daha motivasiyalı, müstəqil öyrənmə mühiti vasitəsi tədrisinin təşkilinə nail olmaqdır. Khan Academy-nin təklif etdiyi müxtəlif bölmələr üzrə resurslar şagirdlərin ümumi dünyagörüşünü artıracaq, zəngin təcrübə və biliklər qazanmış olcaqlar. Bu layihə vasitəsi ilə saytın geniş imkanlarından dərs prosesi və ya dərsdənkənar məşgələ zamanı istifadə nəzərdə tutulsa da, əminik ki, şagirdlər dərsdən sonrakı vaxtlarında saytın digər bölmələrində təklif olunan materiallardan da istifadə edəcəklər. Virtual məktəbin bir üstün cəhəti də valideynlər üçün səhifənin- öyrənmə platformasının olmasıdır. Valideynin öz övladı ilə birgə öyrənmə prosesi şagird üçün bu prosesi daha da maraqlı edəcək ki, bu da özünü onun yüksələn xətlə müşahidə olunan akademik göstəricilərində göstərəcək. Bu layihənin tətbiq olinduğu sinifdə şagirdlərinizin təcrübəsi , dünya görüşü formalaşır. Məhz bu zəngin təcrübənin nəticəsində riyaziyyat dərslərin də olan sıxıcılıq aradan qalxmış və onun yerini daha sərbəst maraqlı, vaxta qənaət edən bir tədris mühiti tutmuş oldu. Layuhənin icra edici komandasının layihə haqqında fikirləri yüksəkdir:
➢ Bu layihənin tətbiq olunması şagirdlərimizin təcrübəsi , dünya görüşünün artması müşahidə olunumuşdur.
➢ Məhz bu zəngin təcrübənin nəticəsində tədris prosesində olan sıxıcılıq aradan qalxmış olur və onun yerini daha sərbəst maraqlı, vaxta qənaət edən bir tədris mühiti tutmuş olur.
➢ İnternetdə şagirdləriniz artıq oyun və əyləncə saytları ilə məşğul olmurlar. Artıq bu istiqamətdə gedən dərslərdən sonra, valideynlər tərəfindən şagirdlərin müəyyən saytlardan istifadə etməsinə qadağaların qoyulması aradan qalxmış olub. Şagirdlər artıq bu saytın imkanlarından tək riyaziyyat fənni üzrə yox, digər fənlə üzrə də tədris vahidlərini müstəqil öyrənə bilərlər.
➢ Valideynlərin övladlarına qarşı olan inamı artır, onlar birgə öyrənirlər, artıq övladaları ilə birlikdə əlavə elektoron resurs axtarışı edirlər.
➢ Xüsusi qayğıya ehtiyacı olan , risk qrupuna daxiil olan, təlim nəticələri zəif olan şagirdləri tədris prosesinə cəlb edilmişdir.
➢ Müstəqil öyrənmə bacarığının formalaşdırılmışdır.
➢ Beynəlxalq təcrübənin tətbiqi.
➢ Bu cür əyanilik təəsüratı yaradan dərslər nəticəsində şagirdlərimizdə yeni texnologiyalarından düzgün istifadə etməklə kreativ biliklərə yiyələnmiş olurlar ki, bu zaman da ölkə kapitalı insan kapitalına çevrilmiş olur.
➢ Layihəyə cəlb olunan işçi heyətin araşdırmaçılıq, İT bacarığının artırmışdır.
Layihənin icrası zamanı bir çox didaktik məqsədlərə nail olunmuşdur:
• dünyagörüşünün genişlənməsi, dərketmə qabiliyyətinin artması, qazanılmış bilikləri təcrübədə tətbiq etmə bacarığı, praktik fəaliyyət üçün zəruri olan bacarıq və vərdişlərin, həyati bacarıqların formalaşması, əmək bacarıqlarının inkişafı.
• Tərbiyəedici: müstəqilliyin, möhkəm iradənin, əməkdaşlığın, kollektivçiliyin, kommunikativliyin, ünsiyyət qurma, bir-birinin fikrinə hörmətlə yanaşma, dinləmə bacarığının tərbiyə edilməsi, formalaşması.
• İnkişafetdirici: diqqətin, yaddaşın, nitqin, mühakimə yürütmə qabiliyyətinin (müqayisə etmə, analogiyaları tapma, qarşı-qarşıya qoyma), məntiqi, tənqidi, yaradıcı təfəkkürün, optimal qərarların tapılması bacarığının, motivasiyanın inkişafı
• Sosiallaşma: gərginliyin stresin idarə olunması, özünənəzarət, unsiyyət qurmağı öyrənmək, özünə inam hissinin artması.
• Asudə vaxtın planlaşdırılması.
• İnternetdən faydalı istifadə vərdişinin aşılanmsı.
• Zərərli vərdişlərdən çəkinmə.




Layihə rəhbəri Elnarə Quliyeva

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ