Sizin reklam burada
Sizin reklam burada

Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsi üçün minimum keçid balı müəyyənləşdirilib

Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsi üçün minimum keçid balı müəyyənləşdirilib



Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə üçün minimum keçid balı 35 müəyyənləşdirilib.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, minimum tələbi ödəyən bütün namizədlər müsahibə mərhələsində iştirak edəcəklər.

Namizədlər müsahibədən əvvəl psixoloji testə cəlb olunacaqlar. Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Qeyd edək ki, test imtahanı və müsahibə nəticəsi nəzərə alınaraq, namizədlərin vakant yerlərə yerləşdirilməsi həyata keçiriləcək.

  • Sosial şəbəkədə paylaş