Azərbaycanda iyulun 31-də 8 odlu silah aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 2 tüfəng, 3 patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Həmçinin keçirilən əməliyyat tədbirləri ilə iyulun 31-də 23 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

