Sizin reklam burada
Sizin reklam burada

Maaşı 3,36 milyon avroya çatdı

Maaşı 3,36 milyon avroya çatdı


Hücumçu Karlos Espinin “Levante”dən “Real Madrid”ə keçidikdən sonra maaşı səkkiz dəfə artaraq ildə 420.000 avrodan 3,36 milyon avroya çatıb.

Bu barədə “Sport.es”i məlumat yayıb. “Real Madrid” Espinin transferini cümə axşamı, 30 iyulda elan etdi. Jurnalist Fabritsio Romano İspaniya nəhənginin 21 yaşlı hücumçunu 25 milyon avroya almaq seçimini aktivləşdirdiyini bildirdi.

Ötən mövsüm Espi bütün yarışlarda 27 oyun keçirib və 13 qol vurub. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 20 milyon avrodur.

  • Sosial şəbəkədə paylaş