Ukrayna Silahlı Qüvvələrinin (VSU) pilotsuz katerləri Qara dənizdə “Rosatom”un nəzdində olan "FESCO" şirkətinin konteyner gəmisinə hücum edib.
Bu barədə RT məlumat yayıb. Nəşr dövlət korporasiyası olan "Rosatom"un baş direktoru Aleksey Lixaçevə istinad edib.
Onun sözlərinə görə, hücum nəticəsində “Yanina” motorlu gəmisi batıb. 17 ekipaj üzvünün hamısı xilas edilib.
Lixaçev qeyd edib ki, konteyner gəmisi beynəlxalq sularda üzür və qeyri-hərbi məhsullar - dondurulmuş qidalardan tutmuş, tikinti materiallarına qədər daşıyırmış.
"Bu hücum yalnız dənizdə piratçılıq və soyğunçuluq kimi şey edilə bilər", - deyə o bildirib.

