arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

COVID-19-la yeni ştammı arasındakı əsas fərq açıqlandı

COVID-19-la yeni ştammı arasındakı əsas fərq açıqlandı
“Koronavirusun yeni variantı “Pirola” əvvəlki ştammları xatırladır, lakin onun strukturunda bəzi dəyişikliklər var, buna görə də əvvəlki ştamlara qarşı yaxşı işləyən anticisimlər bu virusa təsir etməyə bilər”.

Bu barədə rusiyalı epidemioloq, tibb elmləri doktoru Vadim Pokrovski xəbərdarlıq edib.

Bununla belə o, narahat olmamağa çağırıb:

“Daha yüzlərlə müxtəlif ştammlar ortaya çıxa bilər. Ona görə də yeni ad yarandığına görə narahat olmağa əsas yoxdur”, - deyə mütəxəssis bildirib.

Xatırladaq ki, bundan əvvəl virusun yeni mutasiyasının Azərbaycanda yayılma ehtimalı olduğu barədə xəbər vermişdik. Risk qrupuna yaşlılar, immun sistemi zəifləyənlər və xroniki xəstəlikləri olanlar daxildir. O da məlum olub ki, “Pirola” virusu vaksindən yayına bilər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ