Sizin reklam burada
Sizin reklam burada

Daşkənddə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100-illik yubileyinə həsr edilmiş Özbəkistan-Azərbaycan səhiyyə dekadası öz işinə başlayıb

Daşkənddə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100-illik yubileyinə həsr edilmiş Özbəkistan-Azərbaycan səhiyyə dekadası öz işinə başlayıb


Bu gün Daşkənddə türk dünyasının dahi oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100-illik yubileyinə həsr olunmuş Özbəkistan-Azərbaycan səhiyyə dekadası öz işinə başlayıb.
Dekada çərçivəsində Özbəkistanın ixtisaslaşmış tibb mərkəzləri və aparıcı regional tibb müəssisələrində birgə yüksək texnologiyalı əməliyyatlar, təlimlər, minimal invaziv cərrahiyyə, oftalmologiya, onkologiya, ginekologiya və digər istiqamətlər üzrə konsultasiyalar keçiriləcək.
Müzakirə zamanı səhiyyə sisteminin rəqəmsallaşdırılması, əczaçılıq, xalq təbabəti, tibb təhsili və elmi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
Özbəkistan-Azərbaycan səhiyyə dekadası, şübhəsiz ki, sektorun inkişafında yeni imkanlar yaradacaq.
Tədbir çərçivəsində 11 oktyabr tarixində səhiyyə sahəsində Özbəkistan-Azərbaycan səhiyyə forumu baş tutacaq.
Özbəkistan-Azərbaycan səhiyyə dekadası oktyabrın 11-də yekunlaşacaq.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ