Sizin reklam burada
Sizin reklam burada

Çin ABŞ-yə iki panda verəcək - SƏBƏB

Çin ABŞ-yə iki panda verəcək - SƏBƏB



Çin ABŞ-yə iki panda verəcək.

Çin Prezidenti Si Cinpin bu barədə Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bildirib.

"Böyük panda Çin və Amerika xalqları arasında dostluq rəmzi rolunu oynayır. Sizə şad xəbərim var: cəmi bir neçə gündən sonra iki panda - Pinpin və Fuşuan - Atlanta zooparkındakı yeni evlərinə çatacaq və amerikalılarla görüşəcək".

Qeyd edək ki, nəhəng pandalar Çinə məxsusdur və Pekin onları digər ölkələrə uzunmüddətli əməkdaşlıq çərçivəsində icarəyə verir. Çinin xarici dövlətlərlə münasibətlərində istifadə etdiyi bu ictimai diplomatiya aləti "panda diplomatiyası" adlanır.

2023-cü ilin sonlarında Çin ABŞ-dəki pandaların bir qismini geri çağırmışdı. Bu addım ABŞ-Çin münasibətlərindəki gərginliyin göstəricilərindən biri kimi qiymətləndirilmişdi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ