Sizin reklam burada
Sizin reklam burada

Terrordan 25 il sonra - ABŞ-da buna İCAZƏ VERİLDİ

Terrordan 25 il sonra - ABŞ-da buna İCAZƏ VERİLDİ

ABŞ hakimiyyəti 11 sentyabr 2001-ci il terrorundan 25 il sonra hava limanlarının qapalı zonalarına bileti olmayan şəxslərin girişinə qismən icazə verməyə başlayıb.

Yeni qaydalara əsasən, yoxlanılmış sərnişin proqramlarının iştirakçıları yaxınlarını təyyarəyə qədər yola sala, qarşılayan şəxslərlə görüşə və ya tranzit zamanı ailə üzvləri ilə bir araya gələ biləcəklər.

Bunun üçün hava limanına səfərdən 1-3 gün əvvəl internet vasitəsilə pulsuz müraciət etmək lazımdır. ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyası məlumatları yoxladıqdan sonra icazə göndərəcək.

İcazə alan şəxs hava limanında şəxsiyyətini təsdiq etməli və təhlükəsizlik yoxlamasından keçməlidir. Proqramın ilk mərhələsində Los-Anceles, Dallas, Las-Veqas və Solt-Leyk-Siti də daxil olmaqla 13 hava limanında tətbiqinə başlanılıb. Gələcəkdə siyahının genişləndirilməsi planlaşdırılır.

  • Sosial şəbəkədə paylaş