Sabirabad rayonunda qəsdən yanğın törədən şəxs saxlanılıb.
Sabirabad rayonunun Narlıq kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmalarla yanğının kənd sakini H.Şükürov tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb.
Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
