Sizin reklam burada
Sizin reklam burada

Bir gündə 44 cinayətin üstü açıldı, 156 axtarışda olan şəxs saxlanıldı

Bir gündə 44 cinayətin üstü açıldı, 156 axtarışda olan şəxs saxlanıldı

Sentyabrın 7-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 156, o cümlədən borclu şəxs qismində axtarışda olan 118 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

  • Sosial şəbəkədə paylaş