Sizin reklam burada
Sizin reklam burada

Dünyanın ən yaşlı sakini 117 yaşını qeyd edir

Dünyanın ən yaşlı sakini 117 yaşını qeyd edir


Dünyanın ən yaşlı insanı Ethel Keterhem 117 yaşını qeyd edir. O, Böyük Britaniyanın Surrey qraflığında qocalar evində ailəsi və dostlarının əhatəsindədir.

Keterhem 2025-ci ilin aprelindən dünyanın ən yaşlı sakini hesab olunur. 1909-cu il avqustun 21-də anadan olan qadın ötən il Böyük Britaniya kralı III Çarlzla görüşüb, hətta kralın əlindən tutub.

Keterhem 97 yaşına qədər avtomobil idarə edib, 100 yaşından sonra da bric oynamağa davam edib. O, 110 yaşında COVID-19-a yoluxsa da, bu xəstəliyə qalib gəlib.

Hazırda uzunömürlülük üzrə mütləq rekord fransalı Janna Kalmanın adına məxsusdur. O, 122 il 164 gün yaşayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ