Sizin reklam burada
Sizin reklam burada

Dələduzluq, qanunsuz mərc oyunları ilə bağlı əməliyyat - 409 nəfər saxlanıldı

Dələduzluq, qanunsuz mərc oyunları ilə bağlı əməliyyat - 409 nəfər saxlanıldı


Türkiyənin 29 vilayətində dələduzluq, qanunsuz mərc oyunları və digər onlayn cinayətlər qarşı əməliyyatlar keçirilib, 409 nəfər saxlanılıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

"Kibercinayətkarlıqla mübarizə çərçivəsində son 6 gündə əməliyyatlarda 409 şübhəli saxlanılıb", - DİN-in məlumatında bildirilib.

Qeyd olunub ki, saxlanılanlardan 213-ü həbs edilib, 117-si barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digərləri ilə bağlı araşdırma işləri davam edir.

  • Sosial şəbəkədə paylaş