Rusiyanın Həştərxan vilayətində bir kişi üç uşağı sudan xilas edərkən boğulub.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, bədbəxt hadisə iyunun 27-si Axtubinskdə, Vladimirovka çayında baş verib. İlkin məlumatlara görə, bir neçə ailə sahildə istirahət edərkən çayda üzən üç uşaq qəfl boğulmağa başlayıb.
Böyüklər dərhal onların köməyinə tələsiblər. Onlardan biri olan 38 yaşlı kişi, uşaqların sahilə çıxmasına kömək etməyi bacarıb. Lakin qəhrəman özü dərin sularda qərq olub. Ətrafdakılar kişini çaydan çıxarıb təcili yardım çağırsalar da, reanimasiya səyləri uğursuz olub.

