İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS-ın iki komandirini zərərsizləşdirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Nuxba" bölməsinin komandiri Əbdülrəhman Mahir Əbdülkərim Ziyad Qəzza şəhərinin şimalındakı Şati bölgəsində endirilən zərbə nəticəsində zərərsizləşdirilib. Həmin gün Xan-Yunis ərazisinə endirilən digər zərbə nəticəsində isə bu bölgədə tunellərin inşası bölməsinin rəhbəri Kamal Məhəmməd Həmdan Nəccar öldürülüb", - bəyanatda dəqiqləşdirilir.
Ordunun iddiasına görə, Ə.Ziyad 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı silahlı hücumlarında iştirak edib:
"Bütün müharibə ərzində və xüsusilə son vaxtlar terrorçular Qəzza zolağında fəaliyyət göstərən İsrail Müdafiə Ordusu qüvvələrinə qarşı terror aktları həyata keçirmək planlarını reallaşdırmağa cəhd ediblər".

