Sizin reklam burada
Sizin reklam burada

İranda Aşura mərasimində silahlı insident baş verdi

İranda Aşura mərasimində silahlı insident baş verdi

İranın cənub-şərqində, Sistan və Bəlucistan ostanında yerləşən, eyniadlı şəhristanın mərkəzi olan Saravan şəhərindəki məscidin yanında atışma olub.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Saravan şəhərinin əsas məscidinin yaxınlığında kor-təbii atışma baş verib, nəticədə terrorçular təşviş içində hadisə yerini tərk ediblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Hadisənin Aşurada mərasimi keçirilən ərazidə baş verdiyi bildirilir: "Hazırda şəhərdə sakitlik bərqərar olub".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ