"OpenAI" şirkətinin "ChatGPT" çat-botunun fəaliyyətində qlobal nasazlıq yaranıb.
Bunu "Downdetector"un məlumatları göstərir.
Nasazlıqlar bir sıra ölkələrlə yanaşı, Azərbaycanda da müşahidə olunur.
Hazırda şəxsi kabinetə giriş, "ChatGPT"nin sorğulara gec cavab verməsi kimi problemlər baş verir.
Ən çox şikayət Niderland, ABŞ və Almaniyadan daxil olub.
"OpenAI" yaranmış problemlərdən xəbərdardır və onların aradan qaldırılması istiqamətində işlər aparılır.

