Türkiyəli məşhur müğənni, 81 yaşlı Orhan Gencebay yüksək qızdırma şikayəti ilə xəstəxanaya müraciət edib.
Bir anda səhhəti pisləşən sənətçinin müalicəsi davam edir.
Xəstəxanaya çatdırılan Gencebayın koronavirus (COVID-19) şübhəsi ilə nəzarət altına alındığı bildirilir.
Məlumata görə, onun xəstəxanaya yatırılması ehtiyat tədbiri xarakteri daşıyır.

