Sizin reklam burada
Sizin reklam burada

6 min il əvvəl yoxa çıxan heyvanlar bu ölkədə diri tapıldı

6 min il əvvəl yoxa çıxan heyvanlar bu ölkədə diri tapıldı


Avstraliyalı alimlər Yeni Qvineyada opossum ailəsinin fərqli növünə aid iki canlı nümunə tapıblar.
"Records of the Australian Museum" jurnalına görə, bu opossumların 6000 il əvvəl nəsli kəsilmiş olduğu düşünülürdü.
Çendravasih yarımadasının tropik meşələrində ağac boşluqlarında yaşayan halqavari opossum və təxminən 200 qram ağırlığında cırtdan uzun barmaqlı opossum aşkar edilib..
İkinci heyvan, hər əlin dördüncü barmağının digərlərindən iki dəfə uzun olması ilə unikaldır və bu da qabıqdakı çatlardan sürfələri məharətlə çıxarmağa imkan verir.
Alimlər bildiriblər ki, yerli Papuan qəbilələri olan Maibrat və Tambrauv bu heyvanları tapmağa kömək ediblər. Onlar opossumları müqəddəs heyvanlar hesab edirlər.

  • Sosial şəbəkədə paylaş