“Bavariya” klubunun hücumçusu Harri Keyn “Barselona”ya mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Kataloniya klubunun prezidenti vəzifəsini müvəqqəti icra edən Xavyer Vilaxoana daha əvvəl ingilis futbolçu ilə danışıqlar aparıldığını açıqlamışdı.
Keyn isə “Sky Sport”a müsahibəsində belə deyib:
“Mən bu barədə heç nə eşitməmişəm. Bu işlərlə atam və qardaşım məşğul olur, amma onlar mənə belə bir şey deməyiblər. Yalnız onu təkrar edə bilərəm ki, burada, “Bavariya”da xoşbəxtəm və hazırkı klubuma fokuslanmışam. Amma bu sözləri kompliment kimi qəbul edirəm”.
32 yaşlı hücumçunun Münhen klubu ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Məlumatlara görə, “Barselona” onu Robert Levandovskinin potensial varisi kimi görür.

