Sizin reklam burada
Sizin reklam burada

Rusiya Xarkovu “Şahid”lərlə vurdu: yararlıların sayı artdı

Rusiya Xarkovu “Şahid”lərlə vurdu: yararlıların sayı artdı

Ötən gecə Rusiya Silahlı Qüvvələri “Şahid” pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Xarkov şəhərinə hücum ediblər.

Bu barədə şəhər meri İqor Terexov məlumat yayıb.

O, ümumilikdə şəhərə 25 ədəd zərbə dronunun buraxıldığını bildirib.

Nəticədə 19 nəfər xəsarət alıb. Zərərçəkənlər arasında gənc hamilə qadın və bir uşaq da var.

***

Rusiyanın Ukraynanın Xarkov vilayətinə bugecəki hücumu nəticəsində yaralananların sayı 31 nəfərə çatıb.

Bu barədə Xarkov vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yaralılar arasında iki uşaq var.

  • Sosial şəbəkədə paylaş